İmran Xanın tərəfdarları onun həbsi ilə bağlı etirazlara qalxıb

Pakistanın müxalifət fəalları ölkənin böyük şəhərlərində keçmiş baş nazir İmran Xanın həbsi ilə bağlı etiraz aksiyalarına başlayıblar.
Bu barədə çərşənbə axşamı partiyanın mətbuat xidməti məlumat yayıb.
Nümayişlər İslamabad, Pişəvər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və ölkənin digər yerlərində keçirilir.