Gürcüstan prezidenti və Avropa Şurasının prezidenti birlikdə xalqa müraciət edəcəklər

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Günü ilə bağlı planlaşdırılan tədbirdə gürcü xalqına müraciət edəcək və Avropa Şurasının prezidenti Şarl Mişellə birlikdə xalqı Avropa Günü münasibətilə təbrik edəcək.
Bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.
Gürcüstan Prezidentinin və Avropa İttifaqı Şurasının prezidentinin çıxışlarından sonra Atoneli küçəsində Suxişvili, Zura Ramişvili caz kvarteti və gənc gürcü sənətçilərinin konserti olacaq.
Konsertdə aşağıdakılar iştirak edəcəklər: Giorgi Qiqaşvili, Nini Nutsubidze, Liza Kereselidze, Kato Kvaraçxelia, Salio, Nikala Zubiaşvili, Data Muncişvili.