May 31, 2023

Quranı yandıran şəxs haqda həbs qərarı verildi

Quranı yandıran şəxs haqda həbs qərarı verildi

Malmö Prokurorluğu Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan üçün qiyabi həbs qərarı verib.

 

Xeber.ge xəbər verir ki, bu barədə “Aftonbladet” məlumat yayıb.

 

Qəzetə açıqlama verən Paludan, “Ümumiyyətlə İsveç polisi və xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlməyim təhlükəlidir və İsveçə gəlmək istəmirəm, istəyirəm videoifadə verim” deyib.

 

Paludan haqqında qiyabi həbs qərarı çıxaran prokuror Adrian Combier Hogg mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.