May 31, 2023

Salome Zurabişvili bu gün Londonda kral III Çarlzın tacqoyma mərasimində iştirak edəcək

Salome Zurabişvili bu gün Londonda kral III Çarlzın tacqoyma mərasimində iştirak edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Londonda kral III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.

 

Bununla bağlı Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Sofiya Katsarava açıqlama verib.

 

Onun sözlərinə görə, Gürcüstanın bu tarixi tədbirdə təmsil olunması və Gürcüstan prezidentinin mərasimdə iştirak etməsi çox vacibdir.

 

“Britaniya Kral Çarlzın tacqoyma mərasiminə xüsusilə hazırlaşır, bu təbiidir, çünki bir əsrə yaxındır ki, oxşar miqyaslı və əhəmiyyətli mərasim keçirilmir”, – səfir Sofiya Katsarava bildirib.