Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ pilotsuz təyyarəsi ilə toqquşub

Rusiyanın Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçan aparatı ilə toqquşub . Pilotsuz təyyarə beynəlxalq sulara düşüb. Bu barədə AFP agentliyi məlumat yayıb .
ABŞ Müdafiə Nazirliyinin sözçüsündən verilən açıqlamaya görə, pilotsuz təyyarənin pervanesi zədələnib və pilotsuz təyyarə Krımın qərbində Qara dənizə düşüb . Rusiya təyyarəsi yarımadaya doğru gedirdi.
“Daily Mail” qəzeti ABŞ Hərbi Hava Qüvvələrinin generalı Ceyms Hekkerin bəyanatına istinadən yazır ki, pilotsuz təyyarə “Rusiya təyyarəsi tərəfindən tutularaq vurulub”.