Mart 30, 2023

“Ukraynada indi məqsədlərə yalnız hərbi yolla nail olmaq olar”

“Ukraynada indi məqsədlərə yalnız hərbi yolla nail olmaq olar”

Hazırda Ukrayna ilə bağlı vəziyyətin dinc axına keçidi üçün ilk şərait yoxdur.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, rəsmi Moskva üçün mütləq prioritet keçirilən “xüsusi hərbi əməliyyatın” məqsədlərinə nail olmaqdır. İndiki mərhələdə isə bunu yalnız hərbi yolla etmək mümkündür.

Xatırladaq ki, daha öncə Münhen Təhlükəsizlik Konfransının keçmiş başçısı Volfqanq İşinger Ukrayna üçün “dinc prosesinin başladılmasına” dair çağırış edib. Onun fikrincə, bunun üçün Qərb ölkələrinin təmsilçilərindən ibarət kontakt qrupu yaratmaq lazımdır.

Bu cür təkliflərin nə dərəcədə düzgün olub-olmaması və onların münaqişəni dayandıra bilib-bilməyəcəyi barədə jurnalistlərin suallarını cavablandıran Kreml rəsmisi qeyd edib ki, “xeyr, biz belə düşünmürük“.

Hələ ki, prosesin dinc axına keçid etməsi üçün heç bir zəmin yoxdur. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq həmişə bizim üçün mütləq prioritet olaraq qalmağa davam edir və davam edəcək də. Hazırda isə onlara (məqsədlərə) yalnız hərbi yolla çatmaq olar“, – deyə o əlavə edib.