Mart 30, 2023

“Gürcü Arzusu” lideri Ukraynanı təxribatda ittiham etdi

“Gürcü Arzusu” lideri Ukraynanı təxribatda ittiham etdi

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze sosia şəbəkədə yayılan videomüraciəti şərh edərək Ukraynanı təxribatda ittiham edib.

Söhbət özlərini Gürcüstanda yaşayan bir neçə rusiyalı kimi təqdim edərək Rusiya Müdafiə Nazirliyini Gürcüstana sülhməramlı kontingent yürütməyə çağıran şəxslərin videomüraciətindən gedir. Kadrlardakı insanlar rusiyalıların Gürcüstanda sıxışdırıldığını iddia edərək “Gürcüstanda hər şeyin Ukrayna ssenarisi üzrə inkişaf etdiyini” və “Gürcüstan Maydanının” qalib gələcəyi halda rusların burada yaşaya bilməyəcəklərini deyiblər.

Təəssüf ki, Ukrayna tərəfindən olan təxribatlar dayanmır. Bizim üçün bu, məyusedici bir hadisədir… Belə bir zamanda bu cür təxribatlarla üzləşməyimiz, şübhəsiz ki, bizim üçün məxsusi çətindir. Hər kəsi bu cür təxribatlardan çəkinməyə səsləyirəm“, – deyə Kobaxidze qeyd edib.

Xatırladaq ki, daha öncə Gürcüstanın keçmiş müdafiə naziri Vano Merabişvili ölkədə kütləvi etiraz aksiyalarının başladığını elan edib. Onun sözlərinə görə, əsas məqsəd Gürcüstandakı cari hakimiyyətin qərbmeyilli, ukraynameyilli bir hakimiyyətlə əvəz edilməsidir. Eks-nazi əmindir ki, Gürcüstanda yaz və yay maraqlı keçəcək.