Mart 30, 2023

Çexiyanın paytaxtında hökumətə qarşı nümayişdə minlərlə insan iştirak etdi

Çexiyanın paytaxtında hökumətə qarşı nümayişdə minlərlə insan iştirak etdi

Çexiyanın paytaxtında hökumətə qarşı nümayişdə on minlərlə insan iştirak etdi. “France Presse” agentliyinin yazdığı kimi, etiraz aksiyasının iştirakçıları yüksək inflyasiyanın əleyhinədirlər və Ukraynaya hərbi dəstəyin dayandırılmasını tələb edirlər.

Mediavasitənin məıumatına görə, Çexiya Ukraynadakı müharibə nəticəsində enerji qiymətlərinin artması səbəbindən bir ildir ki, rekord inflyasiya ilə mübarizə aparır. Fevralda ölkədə illik inflyasiya göstəricisi 16,7 faizə çatdı.

Şənbə günü keçirilən “Çexiya yoxsulluğa qarşı” adlı nümayişi yeni siyasi partiya PRO (Hüquq Mühafizə Ekspertizası) təşkil etdi, hansı da hakimiyyəti ilk növbədə Çexiya vətəndaşlarının maraqlarını nəzərə almağa çağırdı. Aksiya iştirakçıları həmçinin NATO-nu tənqid edirlər.