Haaqada polis magistral yolu bağlayan ekoloji fəallara qarşı su təziqindən istifadə etdi

Haaqada polis magistral yolu baölayan ekoloji fəallara qarşı su təziqindən istifadə etdi. Ətraf mühitin mühafizəsi üzrə fəallar vergi qaydalarına etiraz edirlər, onlar vergi qanunlarının qalıq yanacaqlardan istifadəni təşviq etdiyini iddia edirlər. daha dəqiq olaraq, onlar neft emalı zavodları və kömür şirkətləri üçün vergi güzəştlərinə qarşıdırlar.
Ekoloji fəalların nümayişinə paralel olaraq, Haaqada minlərlə fermer dinc etiraz keçirdi. Onlar hökumətin azotdan istifadəni məhdudlaşdırmaq planına qarşı çıxdılar. Onların dediyinə görə, təşəbbüs bir sıra ferma və qida məhsulu istehsalına ziyan vuracaq.