İrakli Ğaribaşvili – iki illik fəaliyyətimiz nəticəsində işsizlik və yoxsulluq tarixi minimum səviyyədədir, bütün istiqamətlərdə müsbət dinamika var

İki illik fəaliyyətimiz nəticəsində işsizlik və yoxsulluq tarixi minimum səviyyədədir, bütün istiqamətlərdə müsbət dinamika var – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, ilkin məlumatlara görə, yanvarda kifayət qədər yüksək iqtisadi artım olacaq.
“Statistika Departamentinin dərc etdiyi son məlumatlara görə, işsizlik səviyyəsi ən aşağı səviyyədədir. İşsizlik azalıb, yoxsulluq tarixi ən aşağı həddədir. Son göstəriciləri gördünüz, tanış oldunuz ticarət artıb, bütün istiqamətlərdə müsbət dinamika var, iqtisadi artım var, yanvarın göstəricilərini gözləyirik. Maliyyə Nazirliyindən məndə olan ilkin məlumata görə, – baxmayaraq ki, əlbəttə ki, Statistika İdarəsindən yekun məlumatı gözləməliyik, – yanvar ayında kifayət qədər yüksək iqtisadi artım olacaq. Ümumiyyətlə, müşahidə olunan dinamika bu il də yüksək iqtisadi artımın olacağına dair nikbinliyə əsas verir. Bu, bizim əsas vəzifəmiz olmalıdır. Məşğulluq, daha çox iş yerləri. Onu da deyim ki, həm kişilər, həm də qadınlar arasında işsizlərin sayı azalıb. Şəhər və kənd yerlərində işsizlik hər yerdə azalır. Bu, həm işsizlik, həm də yoxsulluq üçün tarixi minimumdur. Bu, bizim iki illik fəaliyyətimizin nəticəsidir” – deyə baş nazir açıqlayıb.