Fevral 2, 2023

Avropa İttifaqına vizasız səyahətlə bağlı məlumat

Avropa İttifaqına vizasız səyahətlə bağlı məlumat

2017-ci il martın 8-də , Avropa İttifaqının rəsmi jurnalında Avropa İttifaqı Şurasınınn N539/2001  qaydasının dəyişikliyi dərc edildi, buna əsasən Gürcüstan Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminə malik ölkələrin siyahısına daxil oldu. Müvafiq olaraq , 2017 -cil ilin martın 28-dən etibarən biometrik pasporta malik Gürcüstan vətəndaşları vizasız Avropa İttifaqına/Şengen ölkələrinə gedib-gələ biləcəklər.

Avropa İttifaqına hansı ölkələrinə vizasız səyahət etmək olar?

Şengen zonası ərazisinə vizasız səyahət etmək olar, bu da Avropa İttifaqının 22 üzv ölkəsini, Avropa İttifaqının 4 qeyri-üzv ölkəsini bildirir. Eləcə də 4 namizəd ölkəsi ilə vizasız gediş-gəliş mümkündür.
Avropa İttifaqına üzv Şengen məkanı ölkələri – Avstriya, Belçika, Almaniya, Danimarka, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderlandlar, Polşa, Portuqaliya, Yunanıstan, Fransa, Sloveniya, Slovakiya, Macarıstan, Finlandiya, İsveç, Çexiya.

Vizasız səyahət müddəti

  • Avropa İttifaqı ilı vizasız rejim şərtlərində Gürcüstan vətəndaşları viza xaricində yalnız qısamüüdətli səfərlə Avropa İttifaqı üzv ölkələrinə səyahət edə bilərlər.
  • Vizasız gediş-gəliş rejimi uzunmüddətli səyahətlərə aid deyil, məsələn, ali təhsil almaq məqsədilə və ya işlə təmin olmaq məqsədilə.
  • Qısamüddətli səfər hər hansı bir 180  gün ərzində 90 günü nəzərdə tutur.