Dekabr 3, 2022

Britaniyanın Kiyevə yardımı milyardlarla funta çatır

Britaniyanın Kiyevə yardımı milyardlarla funta çatır

Britaniyanın Ukraynaya hərbi yardımı 3 milyard funt-sterlinqdən artıqdır

Britaniyanın Ukraynaya hərbi yardımının məbləği üç milyard funt-sterlinqi (3,57 milyard dollar) keçib. TASS xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib .

 

“Təkcə bu il biz üç milyard funt-sterlinqdən çox hərbi yardım göstərmişik və hərbi yardım göstərməyə davam edəcəyik”, – Britaniyanın baş naziri bildirib.

 

O qeyd edib ki, ölkə Ukraynaya “güvənməli olduğu sülh və təhlükəsizliyə nail olana qədər” yardım göstərməyə davam edəcək.

 

Sunakın sözlərinə görə, Britaniya Ukraynaya yeni hərbi yardım göndərməklə yanaşı, ukraynalı hərbi həkim və mühəndislərin təlimini davam etdirəcək. London həmçinin hərbi və humanitar yardım üçün 16 milyon funt sterlinqdən (19 milyon dollar) çox qış avadanlıqları bağışlayacaq.

Daha əvvəl bildirilirdi ki, Böyük Britaniya Ukraynaya 125 zenit silahı və pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün xüsusi vasitələr verəcək. Ukrayna yeni hava hücumundan müdafiə sistemləri, o cümlədən zenit silahları, radarlar və pilotsuz təyyarələrlə mübarizə üçün xüsusi avadanlıqlarla təmin ediləcək.