Oktyabr 7, 2022

Kadırov SÖZ VERDİ: “Bütün dünya alt-üst olsa belə…”

Kadırov SÖZ VERDİ: “Bütün dünya alt-üst olsa belə…”

Çeçenistan rəhbəri Ramzan Kadırov çeçen separatçılarının qondarma emissarı Əhməd Zakayevi tapacağına söz verib.

 

Praqmatik.com xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

 

“Mən ona çatacağam, hətta bütün dünya alt-üst olsa belə, məhkəməyə getməyə belə hazıram”, – Kadırov deyib.

 

Onun sözlərinə görə, Zakayev hazırda Ukraynadadır.

 

Kadırov onu da qeyd edib ki, bu terrorçu çeçen xalqının şərəfini ləkələyir.

 

Bundan əvvəl o, “Vostok-Axmat” və “Zapad-Axmat” batalyonlarının Donbasa gəldiyini bildirib.