Dekabr 4, 2022

Çavuşoğlu gürcüstanlı həmkarı ilə danışdı

Çavuşoğlu gürcüstanlı həmkarı ilə danışdı

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanda keçirilən Basketbol üzrə Avropa Çempionatında Türkiye-Gürcüstan matçı ilə bağlı Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə telefon danışığı aparıb.

 

Praqmatik.com xəbər verir ki, qardaş ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Gürcüstanda oynanılan Türkiyə-Gürcüstan Basketbol üzrə Avropa Çempionatının basketbol matçı və matçdan sonrakı hadisələr müzakirə edilib.

 

FIBA Türkiyənin basketbol üzrə komandasının Gürcüstana 88-83 hesabı ilə uduzduqları 2022-ci il Avropa Çempionatının A qrupunun 3-cü matçında qayda xətası olması ilə bağlı etirazını rədd edib.

 

Oyunun bitməsinə 4 dəqiqə 48 saniyə qalmış gürcüstanlı Duda Sanadze Furkan Korkmaza kobudluq etdikdən sonra oyun dayandırılsa da, matçın saatı 4 dəqiqə 26 saniyədən davam edib.

 

Bunun nəticəsində Türkiyə Basketbol Federasiyası matçın sonunda 22 saniyəlik itirilən vaxta etiraz edib.

 

Meydanda baş verənlərlə bağlı hər iki federasiyanın iddiaları ilə bağlı araşdırma başladılıb.

 

Araşdırmalar nəticəsində hər hansı intizam tədbirinin tətbiq edilib-edilməməsinə səlahiyyətli FIBA ​​orqanlarının qərar verəcəyi bildirilib.