Dekabr 3, 2022

Türkiyə Yunanıstana görə NATO-ya müraciət edəcək

Türkiyə Yunanıstana görə NATO-ya müraciət edəcək

Türkiyə Yunanıstanın Egey və Aralıq dənizinin şərqində vəzifə uçuşu həyata keçirən qırıcılarına Rusiya istehsalı olan S-300 Hava Hücumundan Müdafiə Sistemi ilə reallaşdırdığı Yunanıstanın təcavüzünün radar qeydlərini NATO Katibliyinə və Alyansa üzv ölkələrin müdafiə nazirliklərinə göndərməyə hazırlaşır.

Praqmatik.com xəbər verir ki, Aralıq dənizində beynəlxalq hava məkanında missiya uçuşları həyata keçirən Türkiyənin Hərbi Hava Qüvvələri Komandanlığının F-16-ları avqustun 23-də Girit adasında yerləşdirilən S-300 tərəfindən sıxışdırılıb.

S-300 sisteminin hədəf izləmə və raket yönləndirmə radarı Rodos adasından 10.000 fut qərbdə missiya uçuşu edən F-16-ya yer-hava raketi ilə kilidlənib.

Yunanıstan hərbi rəsmiləri isə NATO-nun Müdaxilə Qaydalarında “düşmən hərəkəti” kimi təsvir edilən davranışı inkar etməyi seçiblər.

Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan hakimiyyətinin təkzibi əsasında hərəkətə keçib.

Müttəfiqlik ruhu ilə üst-üstə düşməyən təcavüzün radar görüntüləri çəkilib.

Görüntülərin Alyansa üzv ölkələrin müdafiə nazirliklərinə, xüsusilə də NATO Baş Katibliyinə göndərilməsinin planlaşdırıldığı öyrənilib.

Milli müdafiə naziri Hulusi Akar da sözügedən təcavüzlə bağlı açıqlama verib:

“Daim gərginliyi artırmağa çalışan qonşumuzun etdiklərini görmək, başa düşmək və izah etmək lazımdır. Bu cür açıq-aşkar korlanma və ehtiyatsızlıq qəbuledilməzdir”.