İrakli Ğaribaşvili: “Gürcüstanda epidemioloji vəziyyət xeyli yaxşılaşıb”

“Gürcüstanda epidemioloji vəziyyət xeyli yaxşılaşıb”.
Praqmatik.com xəbər verir ki, bunu baş nazir İrakli Ğaribaşvili deyib.
Baş nazir buna görə səhiyyə naziri Zurab Azaraşviliyə təşəkkür edib.
Baş nazirin sözlərinə görə, Zurab Azaraşvili pandemiyanın idarə olunmasında səmərəli iştirak edib və quruma uğurla rəhbərlik edir.
Onun sözlərinə görə, hazırda 500-ə qədər insan kovid klinikalarda müalicə alır.
“Epidemioloji vəziyyət xeyli yaxşılaşıb. Cənab Zuraya təşəkkür etmək istəyirəm, o, çox səmərəli fəaliyyət göstərdi və quruma uğurla rəhbərlik edir. Son 7 gündə orta gündəlik yoluxma sayı 415-dir və azalmaqda davam edir. Bu gün, məsələn, 200 hal qeydə alındı, ölüm halları əhəmiyyətli dərəcədə azaldı. Təəssüf ki, yenə də 2 ölüm halı qeydə alındı, lakin bu, çox az olduğunu göstərir.
500-dən az xəstənin kovid klinikada müalicəsi davam edir və bu gün ölkədə cəmi 4000-ə yaxın xəstə var ki, bu da təbii ki, bizi çox sevindirir ki, epidemioloji vəziyyət yaxşılaşıb və bu istiqamətdə halların azalma dinamikası qorunub saxlanılır.
Buna uyğun olaraq addımlar atmışıq, qaydaları, məhdudiyyətləri yumşaltmışıq. Biz, əlbəttə ki, mövcud dinamikanı izləyəcəyik və gələcək qərarlarımız buna müvafiq olacaq”, – Baş nazir bildirib.