May 31, 2023

İrakli Ğaribaşvili Ukraynaya səfər edəcəkmi?- Kobaxidze cavablayır

İrakli Ğaribaşvili Ukraynaya səfər edəcəkmi?- Kobaxidze cavablayır

“Baş nazir İrakli Ğaribaşvilinin Ukraynaya mümkün səfəri məsələsi Gürcüstanın beynəlxalq tərəfdaşları da daxil olmaqla, geniş məsləhətləşmələr əsasında həll edilməlidir”.

 

Praqmatik.com xəbər verir ki, bu barədə “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze bildirib.

 

İrakli Kobaxidzenin “Gürcü Arzusu”nun ofisində keçirdiyi brifinqdə jurnalistlərə izah etdiyinə görə, bu məsləhətləşmələr ilk növbədə təhlükəsizlik risklərinin təhlilinə əsaslanmalıdır.

 

“Ukraynaya mümkün səfərə gəlincə, istənilən belə məsələ beynəlxalq tərəfdaşlarımız da daxil olmaqla, geniş məsləhətləşmələr əsasında həll edilməlidir. Təbii ki, bu məsləhətləşmələr ilk növbədə təhlükəsizlik riskinin təhlilinə əsaslanmalıdır. Belə məsləhətləşmələr, o cümlədən beynəlxalq tərəfdaşlarla aparılan zaman biz öz mövqeyimizi bildirə biləcəyik”, – deyə Kobaxidze bildirib.