ABŞ-ın son 20 ildə öldürdüyü mülki şəxslərin sayı məlum oldu

Praqmatik.com-un verdiyi xəbərə görə, beynəlxalq təşkilat olan “Airwars” adlı təşkilat ABŞ-ın son 20 il ərzində öldürdüyü mülki şəxslərin sayını açıqlayıb.
Açıqlamada vurğulanıb ki, son 20 il ərzində ABŞ terrorçuluqla mübarizə adı altında mülki şəxsləri də hədəfə alıb.
“Son 20 il ərzində 48 min mülki şəxs hava hücumları nəticəsində həlak olub. ABŞ bunu əsasən terrorçuluğa qarşı əməliyyat adı ilə edib”, – deyə təşkilat diqqətə çatdırıb.
Bundan əlavə, 22 min 679 nəfərin də quru əməliyyatları zamanı öldürüldüyü diqqətə çatdırılır.